Hüquqşünas açıqladı: Mahir Emreli ciddi cəza ilə üz-üzə

13:34 - 7 Oktyabr 2022

Mahir Emrelinin keçmiş klubu "Legiya"ya olan borcuna görə FIFA tərəfindən cəzalandırıldığı ilə bağlı xəbər vermişdik.


Sportal.az xəbər verir ki, məsələ ilə bağlı idman hüquqşünası Elcan Həsənli "Enerji FM" - 101.1-in efirində "Səhərin şərhi" verilişinə məsələ ilə bağlı açıqlama verib. O, azərbaycanlı futbolçunun Varşava klubuna olan borcunu ödəməyəcəyi halda ciddi sanksiya ilə üzləşəcəyini deyib:

 

"Mahir Emreli "Legiya"nın tələb etdiyi 800 min avro məbləğində cərimə ödəməli idi. Millimizin üzvü indiyə kimi 700 min birbaşa, 50 min avronu isə sonradan qarşı tərəfə çatdırıb. Amma müqavilədə yazılan maddələrə tam əməl olunmadığı üçün əlavə 50 min avro cərimə yığılıb. Məsələ burasındadır ki, sənədə əsasən yerdə qalan 100 min avro 4 dəfəyə və hərəsində 25 min olmaqla ödənilməli idi. Amma Emreli müqavilə şərtlərinə əməl etmədən, yəni ödənişi yubadaraq 50 min avronu "Legiya"nın hesabına köçürüb. Elə buna görə də, əlavə 50 min avro cərimə hesablanıb. Bir sözlə, qarşı tərəf hazırda Mahirdən 100 min avro tələb edir. Əgər 45 gün ərzində bu pul ödənilməzsə, futbolçumuz ciddi sanksiya ilə üzləşə bilər. Yəni, hücumçu əsas işi olan futbolsuz qalmaq təhlükəsi ilə üz-üzədir".

Xəbər xətti