Rusiyanın "Torpedo" klubunun hücumçusu David Karayev Azərbaycan millisində oynaya bilər.
Sportal.az saytına verilən məlumata görə, AFFA Karayevin millimizdə oynamasında maraqlıdı.
Onun barəsində millinin baş məşqçisi Canni De Byaziyə də məlumat verilib.
Mənbənin iddiasına görə, 27 yaşlı hücumçu Azərbaycan millisinə yeni tsikl üçün cəlb ediləcək.
Belə ki, AVRO-2024-ün seçmə mərhələsinin oyunlarından öncə Davidin yığma komandamıza dəvət olunmaq ehtimalı yüksəkdi. Məlumata görə, forvard yoxlama görüşləri zamanı da millimizdə debüt edə bilər. Onun rəsmi debütü isə böyük ehtimalla seçmə mərhələ oyunları zamanı gerçəkləşəcək.
Karayev əvvəllər Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarında çıxış edib. Forvard Premyer Liqa və kubok oyunları daxil olmaqla bu mövsüm “Torpedo”nun heyətində meydana çıxdığı14 matça iki qol vurub.