"Qol vuranda özümü yaxşı hiss edirəm"

14:35 - 8 Oktyabr 2022

"Son turda "Səbail"ə qarşı oyunumuz çətin oldu. Premyer Liqada oyun asan keçmir. Əsas odur ki, qələbə qazanmağı bacardıq. Mən özüm də hər oyunda meydana qol vurmaq üçün çıxıram. Bəzən bu alınır, bəzən yox. Amma qol vuranda özümü daha yaxşı hiss edirəm".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qəbələ"nin forvardı Ülvi İsgəndərov deyib.

Premyer Liqanın 8-ci turunun "Səbail" səfərində (1:2) komandasına son dəqiqədə qələbə qazandıran forvard bu mövsümkü məqsədlərindən söz açıb. Bununla yanaşı, İsgəndərov ölkə çempionatının 9-cu turunda "Qarabağ"a qarşı keçirəcəkləri görüş haqda fikirlərini bildirib:

"Qarabağ"ın gücü hamıya bəllidi. Əlimizdən gələni edəcəyik ki, xal qazanmağı bacaraq. Onlarla görüşdə də sona qədər mübarizə aparacağıq. Bu mövsümkü məqsədimizə gəldikdə, indidən bu barədə danışmaq asan deyil. Ancaq komanda olaraq ən azından ötənilki nəticəni təkrarlamağa çalışacağıq".

Xəbər xətti