"Neftçi"nin legionerinin Bakıya nə vaxt qayıdacağı dəqiq deyil

16:29 - 8 Oktyabr 2022

“Neftçi”nin legioneri Sezar Meza Kolli hələ də Paraqvayda bərpa prosesini keçir.

Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçinin Bakıya nə vaxt qayıdacağı, komandasının düşərgəsinə qoşulacağı müddət dəqiqləşməyib.

Saytımıza qısa açıqlama verən Sezar məsələ haqda bunu deyib: “Bakıya nə vaxt qayıdacağımı dəqiq bilmirəm. Bu, daha tez də ola bilər. Hər şey bərpa prosesinin necə keçməsindən asılıdı. Bərpa prosesi başa çatan kimi Bakıya qayıdacam”.

31 yaşlı yarımmüdafiəçi Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı zamanı sıradan çıxıb və dizindən əməliyyat olunub. 

 

Xəbər xətti