Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk dövrənin son turuna yekun vurulacaq.
Sportal.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk görüşü Qəbələdə keçiriləcək. Burada şəhərin eyniadlı komandası lider "Qarabağ"ı qəbul edəcək. Matçın start fiti saat 17:00-da səslənəcək.
Tura "Sabah" - "Kəpəz" oyunu ilə yekun vurulacaq. "Bank Respublika Arena"da baş tutacaq qarşılaşma saat 19:30-da start götürəcək.
Azərbaycan Premyer Liqası
IX tur
9 oktyabr (bazar)
17:00. “Qəbələ” – “Qarabağ”0:1
Qırmızı vərəqə: İlkin Qırtımov, 43
Qol: Filip Ozobiç, 58
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli
Qəbələ şəhər stadionu
19:30. “Sabah” – “Kəpəz” 5:0
Qol: Coy Lens Mikels, 22, Aleksey Kaşuk, 52, 39,Anatoli Nuriyev, 42
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əli Əliyev
“Bank Respublika Arena"