Murad Musayev: "Topladığımız xallara görə komandaya beş bal verərdim"

22:03 - 9 Oktyabr 2022

"Sabah" Azərbaycan Premyer Liqasının 9-cu turunun oyununda doğma meydanda "Kəpəz"i 5:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:

 

- Bu gün çox parlaq oyun gördük. Hər iki tərəf hücumlarla yadda qaldı, yüksək pressinqdən istifadə etdi. Şadam ki, belə bir qələbə qazandıq. Ayrıca olaraq rəqibi də təbrik etmək istəyirəm. Cəsur, cürətli oynadılar. Matçı gecikdirmirdilər, qapıçılarını qıcolma tutub yerdə yatmırdı. Bu şəkildə oynamağa davam etsələr, daha da inkişaf edəcəklər.


- Birinci dövrə artıq başa çatdı. Beş ballıq şkala ilə komandanıza neçə bal verərdiniz?

- Topladığımız xallara görə beş bal verərdim. Amma oyun keyfiyyətinə gəldikdə isə hələ çox işləməliyik. Qarşıda görüləcək işlərimiz çoxdur. Turnir cədvəlinə baxmadan öz üzərimizdə çalışmalıyıq.


- Ötən həftə Canni De Byazinin müqaviləsi bitmişdi. İctimaiyyət arasında belə bir fikir var idi ki, millidə əcnəbi baş məşqçi işləyəcəksə, bu Murad Musayev olsun. Həmin ərəfədə sizə təklif oldu? Əgər olsa, düşünərsiz?

- Bildiyim qədərilə De Byazinin müqaviləsi uzadılıb. Mənim hazırda bütün fikrim "Sabah"la bağlıdır. Komandanı daha da inkişaf etdirmək haqda düşünürəm. Əgər azarkeşlər belə bir şey istəyiblərsə, bu, xoş bir haldır.

 

Elçin Əlixan

Xəbər xətti