"Qarabağ"ın Avropa Liqasında finala çıxması məni xoşbəxt edər"

18:12 - 10 Oktyabr 2022

Portuqaliyanın "Torrense" klubunun qapıçısı, "Qarabağ"ın keçmiş qolkiperi Vaqner da Silva Sportal.az saytına açıqlama verib.

36 yaşlı futbolçu Ağdam klubunun Avropa Liqasındakı çıxışını dəyərləndirib. O, AL-in üçüncü qrupunda Pireydə "Olimpiakos"a qalib gəldiyi görüşü belə şərh edib: 

"Qarabağ"ın "Olimpiakos"a qarşı Pireydəki matçını izlədim. Həqiqətən də "Qarabağ" çox güclü idi və layiqli qələbə qazandı. Onların "Olimpiakos"u səfərdə məğlub etməsi mənim üçün yeni və təəccüblü xəbər deyil. Çünki "Qarabağ" beynəlxalq arenada çox inkişaf edib. Bu klub Avropa Liqasının növbəti mərhələsinə adlayacaq əsas favoritlərdən biridi".

Vaqnerin fikrinci "Qarabağ" avrokuboklarda irəliləyə bilər və finala adlayacağı təqdirdə çox sevinəcəyini söyləyib: "Qarabağ"ın bu turnirdə daha da uzağa getməsini arzulayıram. "Qarabağ"ın Avropa Liqasında finala çıxması məni xoşbəxt edər. Amma məncə, hələlik onlar həmişəki kimi təvazökarlıqla yoluna davam etməli və hər oyunun final kimi olduğunu düşünməlidirlər. Belə də olduğuna inanıram".

Mirbağırağa

 

 

Xəbər xətti