Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:
Misli Premyer Liqasının IX turunun “Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Qəbələ” klubu 1600 manat cərimə olunur;
“Qəbələ” klubunun futbolçusu İlkin Qırtımov ciddi qayda pozuntusu etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur;
IX turun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Neftçi” klubu 1600 manat cərimə olunur;
“Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur;
IX turun “Zirə” – “Şamaxı” oyununda “Şamaxı” klubunun futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbi ilə “Şamaxı” klubu 3000 manat cərimə olunur;