Rusiyalı futbol məşqçisi Andrey Talalayev "Sport Ekspress"ə açıqlama verib.
Sportal.az xəbər verir ki, Rusiya mətbuatına danışan 50 yaşlı mütəxəssis təcrübə keçmək üçün önəmli mütəxəssislərin yanına yollanacağını bildirib.
O, Qurban Qurbanovun yanında təcrübə keçmək haqda düşündüyünü söyləyib:
"Bu gün mənim prioritetlərim bir az fərqlidi. Yuri Vernidubun “Şerif”dəki, Stole Solbakkenin "Kopenhagen"dəki, Qurban Qurbanovun "Qarabağ"dakı işi ilə tanış olmaq istəyərdim. Azərbaycana yollanaraq Qurban Qurbanovla fikir mübadiləsi aparmaq, onunla tanış olmaqdan şad olardım. Adını çəkdiyim məşqçilər ortasəviyyəli büdcə ilə Avropa arenasında mümkün olan maksimum uğuru qazanıblar. Hazırda məşqçi kimi buna daha çox tələbat var".
Talalayev bir neçə gün öncə “Torpedo”ya baş məşqçi təyin edilib.
Mirbağırağa
saytlarin hazirlanmasi