Laurentsiu Regekampf: "Bu həftə bizim üçün çox ağır oldu"

17:24 - 16 Oktyabr 2022

"Neftçi" Azərbaycan Premyer Liqasının 10-cu turunun matçında Gəncədə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:

 

- Bu gün çox vacib 3 xal qazandıq. Bura asan stadion deyil. Otun hündürlüyü çox idi. Ona görə də istədiyimiz oyunu nümayiş etdirə bilmirdik. Top dayanırdı, ləngiyirdi. Bu səbəbdən də sürət aşağı idi. Bu həftə bizim üçün çox ağır oldu. Bir çox oyunçumuz zədələndi. Bəzən məşqdə 14 futbolçu iştirak edirdi. Matçdan öncə Azər Əliyevi də itirdik. Ona görə də sistemi dəyişməli olduq. Bütün buari nəzərə alaraq deyərdim ki, 3 xal bizim üçün yaxşıdır. 


- "Neftçi" bu mövsüm üçüncü səfər oyununu keçirdi. Bakıdakı matçlarla, bölgələrdə olan qarşılaşmaları necə müqayisə edərdiz?

- Hər zaman pozitiv yanaşmışam. İnsanlar bizim oyuna gəlirlər. Öz komandalarını dəstəkləyirlər və bunu çox yaxşı edirlər. Bəzən yerli azarkeşlərin dəstəyi bizim işimizi çətinləşdirir. Hamı bilir ki, azarkeşlər meydan sahibi komanda üçün 12-ci oyunçu olur. Bəzən bu 12-ci oyunçuya qarşı da mübarizə aparmalı olursan. Çox yaxşı hisslərdi. Çoxlu azarkeşlərin önündə futbol oynamağı xoşlayıram. Ona görə də bu idman növü bütün dünyada çox sevilir.

Xəbər xətti