Abdullah Zubir üçün əlamətdar oyun

12:54 - 17 Oktyabr 2022

Misli Premyer Liqasının X turunun “Qarabağ” – “Sumqayıt” qarşılaşması iki futbolçu üçün yubileylə yadda qalıb.

 

Sportal.az xəbər verir ki, Abdullah Zubir və Elvin Bədəlov Azərbaycan çempionatında 100-cü matçını keçirib.

 

2018-ci ilin yayında “Qarabağ”a keçən yarımmüdafiəçi bu oyunda sonradan meydana çıxıb. Premyer Liqada 5-ci mövsümünü keçirən Zubir yalnız Ağdam klubunun formasını geyinib. O, 2018/19 mövsümündə 23, 2019/20 mövsümündə 19, 2020/21 mövsümündə 26, ötən çempionatda 25 dəfə şans qazanıb. Cari yarışda isə 7-ci dəfə meydana çıxıb.

 

Elvinin Premyer Liqadakı debütü daha əvvələ təsadüf edib. 2013/14 mövsümündə “Neftçi”nin heyətində şans qazanan müdafiəçi bu komandadakı 4 mövsümdə 41 oyun keçirib. 2018-ci ilin yayından “Sumqayıt”ın şərəfini qoruyan müdafiəçi “Gənclik şəhəri” təmsilçisindəki 59-cu matçına start “11-lik”də başlayıb.

 

Qeyd edək ki, “Azərsun Arena”dakı matçda meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.

Xəbər xətti