Hazırda İspaniyada oynayan yeganə azərbaycanlı olan Nazim Məmmədzadə Sportal.az saytına açıqlama verib.
O, "Moralo"nun heyətində həm İspaniya kubokunda, həm də 5-ci liqada debüt edib. Futbolçu kubok və 5-ci liqanın səviyyəsindən danışıb: "Çempionatın səviyyəsi çox yaxşıdı. Doğrudu, “Atletiko” və “Vilyarreal”nın ikinci komandaları mənimlə maraqlanırdı. Amma hələ ki, bu liqada oynayıram. Necə olacağını zaman göstərəcək. Gərək özümü yaxşı tərəfdən göstərim. Kubokda da oynadım, daha sonra çempionat oyunlarına çıxıram. Liqa daha çox fiziki gücə hesablanıb, daha çox qaçmaq lazım gəlir. Daha çox cavanların oynadığı liqadı. Bizim komandada "Atletiko"nun (Madrid) iki yetirməsi var. Gənclər də bu liqada daha çox təcrübə qazanır. Liqanın səviyyəsi yaxşıdı".
Məmmədzadə təşkilatçılığın yaxşı səviyyədə olduğunu deyib: "Xeyr, oyunlara təyyarə ilə getmirik. Bu, beşinci liqa üçün çox olardı (gülür). Oyunlara klubun kirayəyə götürdüyü avtobusla yollanırıq. Onsuzda ən uzaq səfərimiz üç saatlıqdı. Təşkilatçılıq yaxşı səviyyədədi. Düzdü, stadionların 90 faizi sünii örtüklüdü. Amma hamısı yaxşı vəziyyətdədi".
Mirbağırağa