“Qəbələ”nin braziliyalı legioneri Felipe Santos Sportal.az saytına müsahibə verib. O, komandasının Premyer Liqanın 10-cu turunda “Şamaxı”ya qarşı keçirdiyi oyununu dəyərləndirib.
- “Şamaxı” ilə matçda komandanız 1:1 oynadı. Bu hesab sizin üçün uğurlu sayıla bilər?
- Biz oyuna qələbə üçün çıxmışdıq. 1:1 istədiyimiz, gözlədiyimiz nəticə deyildi. Düzünü deyim özümüz üçün də sürpriz oldu.
- Səncə, nəyə görə “Qəbələ” qalib gələ bilmədi ? Sizə mane olan nə idi?
- Rəqibi üstələyə bilmişdik. Amma təəssüf ki, qollar vura bilmədik. Halbuki 100 faizli qol epizodlarımız var idi. Bunları reallaşdıra bilmədiyimizə görə yekun nəticə belə alındı.
- İlk dövrədə bu rəqibə 3:1 hesabı ilə qalib gəlmişdiniz. Nə baş verdi ki, ikinci dövrədə qələbə qazana bilmədiniz? Rəqib güclənib, siz zəifləmisiz?
- Dediyim kimi, bizim qol epizodlarımız az deyildi. Sadəcə olaraq, reallaşdıra bilmirdik. Yoxsa, Şamaxıdakı oyunun da nəticəsi Qəbələdəki kimi olmalıydı.
- Matçın son dəqiqələrində hakimdən penalti istəyirdiniz. Səncə, VAR sistemi Premyer Liqada normal işləyir?
- Fikrimcə, baş hakim həmin epizodda VAR-da baxmalıydı. Çünki hamı topun "Şamaxı" futbolçusunun əlinə dəydiyini gördü. Ancaq danışmağın faydası yoxdur. Artıq bir neçə oyunda bunun acısını çox çəkmişik. Təəssüf ki, bir daha belə oldu.
- Növbəti matçda “Kəpəz”lə qarşılaşacaqsınız. Qalib gələ biləcəksiz?
- Biz qalib gəlməliyik, qələbəyə ehtiyacımız var. Bununla yanaşı yaxşı da oynamaq lazımdı. Mövsümün əvvəlindəki vəziyyətə qayıtmaq lazımdır.
Mirbağırağa
saytlarin hazirlanmasi