Azərbaycan millisinin və "Dinamo"nun forvardı Mahir Emrelinin virusa yoluxduğuna görə məşqlərdən uzaq qalması barədə xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, o, buna görə Xorvatiya çempionatının 14-cü turunun “Hayduk”la matçını buraxmalı olacaq.
Mənbənin iddiasına görə, Emrelinin hazırki durumu normaldı.
Onun yaxın günlərdə kollektivlə məşqlərə qoşulacağı gözlənilir.