"Mahir Emrelinin performansı baş məşqçini qane etmirsə, deməli onu oynatmayacaq. Bilmirəm, Mahirin performansı komandaya xeyir vermir, yoxsa başqa səbəb var. Belə çıxır ki, Mahir Ante Çaçiçin etimadını qazana bilmədi. Məncə, o, komandasını dəyişməlidi".
Bu sözləri Sportal.az saytına açıqlamasında azərbaycanlı futbol mütəxəssisi Samir Musayev deyib.
Azərbaycan millisinin və "Qarabağ"ın keçmiş futbolçusu "Dinamo"da tez-tez oynamaq şansı qazanmayan Mahir Emreli barədə danışıb. Musayev millimizin hücumçusunun hazırkı durumunu belə şərh edib: "Gedişat onu göstərir ki, Mahir gələcəyi, özünü göstərməsi üçün komandadan ayrılmalıdı. "Qarabağ"a qayıtmaq hər bir futbolçu üçün uğurdu. Ancaq mən azərbaycanlı futbolçunun bizi Avropada təmsil etməsini arzulayıram".
O, bütün çətinliklərə baxmayaraq əziyyət çəkməli olduğunu deyib: "Demək ki, Mahir rəqabətdə uduzur, futbolçularımız rəqabət aparmaq səviyyəsi yüksək deyil. Allah qoysa Mahir özünü toparlayar və rəqabət aparar. İnanıram ki, o, əsas heyətdə özünə yer qazanacaq. Bunun üçün isə əziyyət çəkməli və özünə inanmalıdı".
Mirbağırağa