"Qarabağ" təkcə ölkə çempionatında deyil, ölkədən kənarda da öz gücünü göstərir. Unutmayaq ki, bu klub iki cəbhədə də mübarizə aparır. Özü də hər ikisində layiqincə çıxış edir. Doğrudu, "Qarabağ"a qarşı ölkə çempionatında mübarizə aparan komandalar olacaq. Lakin "Qarabağ" konkret olaraq bütün komandalardan birbaş üstün futbol oynayır. Ona görə də nəsə demək çətindi".
Bu sözləri Sportal.az saytına açıqlamasında Ramin Quliyev deyib.
Veteran futbolçu ölkə çempionatındakı durumdan söz açıb. "Sabah"ın sabiq çalışdırıcısı bu mövsüm Premyer Liqanın tapıntıları barədə də fikrini söyləyib:
"Çempionat hələ uzundu, qarşıda çox oyun var. İndidən bir söz demək çətindi, komandaların turnir cədvəlindəki yerlərini təyin etmək doğru olmazdı. Sadəcə olaraq, mövsümü izləmək və gedişatın necə olacağına baxmaq lazımdı. Məncə, mövsümün komanda olaraq tapıntısı "Turan Tovuz"du. Az büdcə ilə daha yaxşı işlər görürlər. Mənə elə gəlir ki, futbolçular arasında mövsümün tapıntısı isə Yusif İmanovdu. Onun qapıda dayanması limitə görə deyil. Murad Musayevin etimadını doğruldub və əsas heyətdəki yerini artıq möhkəmləndirib".
Mirbağırağa