Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunun “Leyptsiq” - “Real” (Madrid) matçında Azərbaycana qarşı təxribat qeydə alınıb.
Sportal.az xəbər verir ki, Almaniyada keçirilən matçda ev sahibləri üçün ayrılan tribunada Qarabağda yerləşmiş separatçıların qondarma “bayrağı” asılıb.
FİFA və UEFA-nın qaydalarına əsasən, futbol matçları zamanı siyasi mesajlar, addımlar qadağan olunub.