"Kəpəz" daha yaxşı nəticələr göstərmək potensialına malikdi"

14:13 - 26 Oktyabr 2022

"Kəpəz"in sabiq futbolçusu Dieqo Souza Sportal.az saytına açıqlama verib.

Gəncə klubunun heyətində Premyer Liqa və birinci divizionda da oynamış sabiq komandasının builki çıxışını da izlədiyini bildirib. Hazırda Avstraliyada "Rokinqam Siti" klubunda çıxış edən braziliyalı “Kəpəz”in daha yaxşı nəticə göstərəcək potensiala malik olduğunu deyib:

"Düşünürəm ki, "Kəpəz" daha yaxşı nəticələr göstərmək potensialına malikdi. Amma ilk dəfə bir yerdə oynayan kollektivlə yaxşı nəticələr əldə etmək asan deyil. Premyer Liqada çıxış edən komandaların əksəriyyəti uzun müddətdir ki, bir yerdə oynayır. Ona görə də, bu, istədiyiniz nəticələri qazanmağınızı çətinləşdirir. Amma dediyim kimi, bu komandanın Premyer Liqaya yüksəlməsi çox yaxşıdı və onlar potensiala malikdi. Daha yüksək nəticələr əldə etmək üçün vaxta ehtiyacları var. Gəncədə futbolu çox sevirlər və yerli azarkeşlər komandaya sona qədər dəstək olacaq. Ona görə də komandanın daha yaxşı nəticələr qazanacağına inanıram".


Mirbağırağa

Xəbər xətti