"Sabah" yığmamızın qapıçısı ilə müqavilə müddətini uzatmaq istəyir

14:31 - 26 Oktyabr 2022

"Sabah" aparıcı futbolçusu Yusif İmanovla müqavilə müddətini uzatmaq niyyətindədi.

Sportal.az saytına verilən məlumata görə, Masazır təmsilçisi gənc qapıçısına yeni müqavilə təklif etməyə hazırlaşır.

Mənbənin iddiasına görə, "Sabah" bu mövsümdən komandasının əsas qapıçısına çevrilən İmanovla uzunmüddətli müqavilə imzalayacaq.

Premyer Liqada mübarizə aparan bir neçə klub U-21 yığmamızın qapıçısının xidmətində maraqlıdı.

Onun isə “Sabah”la 23 yaşı tamam olana qədər müqaviləsi qüvvədədi.

Xəbər xətti