"Sportinq"in yetirməsi Azərbaycan Premyer Liqasında oynaya bilər

10:53 - 27 Oktyabr 2022

"Tondela"nın futbolçusu Telmo Arkanxo karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportal.az saytına verilən məlumata görə, kabo-verdeli yarımmüdafiəçi Premyer Liqada çıxış edən bir neçə klubumuza təklif edilib.

Mənbənin iddiasına görə, onlar arasında “Neftçi”nin də adı var.

"Sportinq"(Lissabon) klubunun yetirməsi olan vinger “Belenenseş”də oynadıqdan sonra “Tondela”ya keçib.

Arkanxo bu mövsüm bütün turnirlər daxil olmaqla 12 matçda 5 qol vurub.

​Onun Azərbaycana gəlib-gəlməyəcəyi qışda dəqiqləşəcək.

Xəbər xətti