"Nümayiş etdirdiyi oyunla "Qarabağ"ın pley-off mərhələsində nələr bacaracağını düşünmək çətin deyil"

15:16 - 27 Oktyabr 2022

"Qarabağ" mövsümün ən vacib oyununa çıxacaq. Çünki qazanılacaq bir xal komandanın növbəti mərhələyə çıxmasına kömək olacaq. İndiyə qədər oynadıqları oyun onlardan bu nəticəni gözləməyə əsas verir".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq forvardı Branimir Subaşiç deyib.

Vaxtı ilə Ağdam klubunda oynamış serbiyalı onların Avropa Liqasının 5-ci turunda "Nant"la qarşılaşmasından gözləntilərini söyləyib.

Onun fikrincə "Qarabağ" bu mövsüm Avropa Liqasında qrupdan çıxdıqdan sonra bir neçə mərhələ də keçə bilər:

"Dediyim kimi, "Qarabağ" çox baxımlı, yaxşı futbol nümayiş etdirir. Məhz bu, onların avrokuboklarda daha da irəliyəcəyinə inam yaradır. Doğrudu, püşkatmadan da çox şey asılıdı. Nümayiş etdirdiyi oyunla "Qarabağ"ın pley-off mərhələlərində də nələr bacaracağını düşünmək çətin deyil. İnanıram ki, Nantda istənilən nəticə əldə olunacaq və Avropa Liqasında da daha uzağa gedəcəklər".

Mirbağırağa

Xəbər xətti