Azərbaycanda oynamış fransalı: "Nant" - "Qarabağ" matçında xırda detalların həlledici olacağı gözlənilən idi"

12:17 - 29 Oktyabr 2022

“Nant”- “Qarabağ” matçını sona qədər izlədim. Həqiqətən də çox gərgin və maraqlı oyun alındı. Əslində, belə olacağı da gözlənilən idi".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Şatoru”nun futbolçusu Roman Bask deyib.

Azərbaycanda oynamış azsaylı fransalı futbolçulardan olmuş yarımmüdafiəçi Avropa Liqasının 5-ci turunun “Nant” – “Qarabağ” görüşü barədə danışıb.

“Neftçi”nin sabiq üzvü Fransada keçirilmiş və ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatmış oyunu dəyərləndirib. O, bu matçda xırda detalların həlledici olduğunu bildirib:

“Azarkeşlər üçün də baxımlı matç alındı. "Nant" - "Qarabağ" matçında xırda detalların həlledici olacağı gözlənilən idi. Elə alındı ki, sonda hər şey “Nant”ın lehinə çevrildi və sonda qalib gəldilər. Yoxsa, “Qarabağ” da yaxşı oynadı”.


Mirbağırağa

Xəbər xətti