"Portimonense"dən ayrılan müdafiəçi Azərbaycan Premyer Liqasında çıxış edə bilər

12:49 - 29 Oktyabr 2022

Qışda heyətdə bir neçə dəyişiklik edəcəyi gözlənilən “Kəpəz”ə bir neçə legioner təklif edilir.

Sportal.az saytına verilən məlumata görə, “Neftçi”nin sabiq futbolçusu Rener Pavaonun da ölkəmizə dönmək ehtimalı var.

​Belə ki, futbolçu “Kəpəz” və bir neçə komandaya təklif edilib. “Portimonense”dən ayrıldıqdan sonra klubsuz qalan 21 yaşlı müdafiəçinin Azərbaycana qayıdışının alınıb-alınmayacağı qışda dəqiqləşəcək. “Fortaleza” yetirməsi olan Rener “Neftçi”də çempionluq yaşamışdı.

Xəbər xətti