"Astana"nın müdafiəçisi Artyom Raxmanova Azərbaycan millisində oynamaq təklifi edilib.
Sportal.az saytına verilən məlumata görə, belaruslu müdafiəçinin dörd il əvvəl yığmamızda oynamaq şansı yaranıb.
Lakin futbolçu Azərbaycanla bağlılığı olmadığı üçün bundan imtina edib.
Bununla yanaşı, Raxmanov Belarusun əsas millisinin üzvünə çevrilmək niyyətində olub.
Onun bu istəyi 2021-ci ildə reallaşıb. Millinin əsas üzvü sayılmasa da, 32 yaşlı stopper 2 oyunda meydana çıxıb.
“Minsk” yetirməsi olan Raxmanov “Slaviya Mozır”, “Neman”, “Milsami”, “Levadiya”, “Çernomorets”, “Rakov”, “İsloç”, “Eskilstuna”, “Rux” klublarında oynadıqdan sonra bu il “Astana”ya keçib.