"Qarabağ"ın oyununa baxanda ləzzət alıram"

12:11 - 1 Noyabr 2022

"Qarabağ" "Nant"la matçda baxımlı futbol oynadı, diqtə edən tərəf idi. Rəqibini tam olaraq üstələmişdi. Sadəcə olaraq, buraxılan qoldan sonra komandada psixoloji baxımdan düşüş yaşandı. Amma bu, uzun çəkmədi və yenidən özlərinə gələrək oyuna nəzarəti ələ keçirdilər. "Qarabağ"ın oyununa baxanda ləzzət alıram".

Bu Sportal.az saytına açıqlamasında "Qarabağ"ın veteran futbolçusu Xaliq Mərdanov deyib.

Vaxtı ilə Ağdam klubunun aparıcı futbolçusu olmuş Mərdanov Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın Avropa Liqasındakı çıxışını dəyərləndirib. Bununla yanaşı Mərdanov "Qarabağ"ın iki gün sonra qarşılaşacağı "Frayburq"la matçdakı şansları barədədə də danışıb:

"Əminəm ki, "Qarabağ" növbəti mərhələyə adlayacaq. Çünki komanda buna layiqdi. Nümayiş etdirilən oyunla da sübut edirlər. "Qarabağ" "Frayburq"u məğlub edəcək gücə sahibdi. Doğrudu, futbolda 100 faiz heç nə yoxdu. Amma inanıram ki, komandamız evdə "Frayburq"u məğlubiyyətə uğradacaq. Təbii ki, yolumuza Avropa Liqasında davam etsək, daha yaxşı olardı. Amma yoluna AL-də davam etsə də, etməsə də "Qarabağ" bizim fəxrimizdi. Azərbaycanı Avropada təmsil edən yeganə komandadı. Ümidvaram ki, onlar elə Avropa Liqasında yoluna davam edəcək".

Mirbağırağa

Xəbər xətti