"Xüsusi bir şey etmirəm, amma komandadakıların üzü güləndə ruhum dincəlir" - MÜSAHİBƏ

12:56 - 1 Noyabr 2022

"Sabah" və Azərbaycan milli komandasının üzvü Aleksey İsayev Sportal.az saytına müsahibə verib. O, Masazır təmsilçisinin ölkə çempionatındakı uğurlu çıxışı haqda danışıb. Bununla yanaşı futbolçu yığma komandamızın AVRO-2024-ün seçmə mərhələsindəki şanslarını dəyərləndirib.

- Yola saldığımız turda "Qəbələ"yə qalib gəlməyi bacardınız. Həmin matç sizin üçün necə yadda qaldı? 
- Oyun çox çətin alındı. Eyni zamanda maraqlı görüş oldu. Yaxşı komandaya qarşı oynadıq. Çətin olsa da, sonda qalib gəlməyi bacardıq. Üç xalı qazandığımıza görə şadam.

- "Sabah" bu mövsüm uğurlu çıxış edir. Bu nəticəni nə ilə əlaqələndirirsən?  
-  Biz hər gün çox işləyirik. Məşqlərdə çox çalışırıq. Vahid orqanizm kimi hərəkət edirik. Məhz bu, hədəflərimizə çatmağımıza kömək edir.

- Necə düşünürsən, "Sabah" bu mövsüm çempionluq mübarizəsi apara biləcək? Səncə, bu mübarizədə həlledici rolu nə oynayacaq? 
- Vaxtından əvvəl heç nə demək istəmirəm. Çünki hadisələri qabaqlamaq fikrində deyiləm. Turnir cədvəlinə baxmamağa çalışırıq. Oyundan-oyuna irəliləyərək uğurlu çıxış niyyətindəyik.

- Növbəti turdakı rəqibiniz "Səbail"di. Səfərdə onları məğlub etmək mümkün olacaq?
Biz meydana həmişə dinamik, hücum futbolu oynamaq üçün çıxırıq. Təbii ki, hər zaman istədiyimiz nəticə də qələbədi. Necə olacağını isə yalnız Allah bilir. Biz sadəcə olaraq, əlimizdən gələni edirik.

- Rəqib komandanın sünii örtüklü meydançada oynaması sizə problem yaradacaq?
- Növbəti oyunumuz "Səbail"ə qarşıdırsa, demək ki, onlarla oyuna hazırlaşırıq. Sünii örtüklü meydançada isə hər iki komanda oynayacaq. Yəni, şərtlər eynidi. Ona görə biz hazır olacağıq.

- Bu mövsüm həm assist. həm də vurduğun qollarla diqqət mərkəzindəsən. Bu mövsümkü effektli oyunun nə ilə əlaqədardı?
- Düzünü deyim, xüsusi bir şey etmirəm. Meydana çıxaraq komandama kömək etməyə çalışıram. Ancaq komandadakıların üzü güləndə mən də sevinirəm. Ruhum dincəlir, xoşbəxt oluram.

- Milli komandanın üzvü olduğuna görə, AVRO-2024-ün seçmə mərhələsindəki şanslarımız haqda da fikrini öyrənmək istəyirdim. Azərbaycan millisin son oyunlarda çox uğurlu çıxış etdi. Yeni tsikldə isə İsveç, Belçika, Avstriya və Estoniya ilə eyni qrupda uğurlu çıxış edə biləcək? 
- Həyatda hər şey mümkündü. Yaxşı futbol nümayiş etdirməyə çalışacağıq. Asan qrup deyil. Amma çox maraqlı qrupda yer almışıq. Əlimizdən gələni edəcəyik.

- Azərbaycandakı karyeran gözlədiyin kimi gedir, yoxsa daha yaxşı olacağını ehtimal edirdin?
- Bakı mənim üçün əzizdi, evimdi. Burada özümü xoşbəxtəm hiss edirəm. Dünyanın müxtəlif yerlərindən mənə ruhən yaxın olan çoxlu insanlarla tanış oldum. Azərbaycanı çox sevirəm. 

Mirbağırağa

Xəbər xətti