Kristian Ştrayx: "Qarabağ"ın oyununu izləmək çox xoşdu"

12:14 - 2 Noyabr 2022

Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib. Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- “Qarabağ”la oyun üçün heyəti müəyyənləşdirmisiniz?
Xeyr, hələ əsas heyətlə bağlı qərarımı verməmişəm. Əvvəlcədən nəsə demək istəmirəm. Oyuna yaxın qərar verəcəyik. Hazır olanların hamısı bizimlə Bakıya yollanacaq.

- Heyətdə rotasiya olacaq?
Komandada 27 futbolçuya sahibik və hər kəsin də sabah oynamaq üçün şansı var. Sabah kimin meydana çıxacağı yox, necə oynayacağı önəmlidir. “Qarabağ”la matçda komandanın birliyi lazım olacaq. Sabah mənə lazım olanlar meydana çıxacaq. Qələbə üçün 100 faizimi verəcəyik və yalnız bundan sonra “Köln”lə oyunu düşünəcəyik.

- “Qarabağ” haqda nə deyə bilərsiniz?
Çox yaxşı komanda. Qurban Qurbanov 2008-ci ildən orada çalışır. O, böyük məşqçidir. “Qarabağ” güclü hücum xəttinə malikdi. Maraqlı komanda. Onların matçlarını izləmək çox xoşdur. Biz bunu ilk oyunda gördük. Nə yaxşı ki, evdə onlara qalib gələ bildik (2:1). Bu çox vacib idi.

- Azərbaycanda siyasi vəziyyətin necə olduğunu bilirsiniz?
Mən təfərrüatlara girmirəm. Bilirəm ki, Azərbaycanla Ermənistan müharibə şəraitindədi. Amma biz Qarabağda yox, Bakıda oynayırıq.

Mirbağırağa

Xəbər xətti