Tahir Gözəl: "Arzum Konfrans Liqasında finala kimi getməkdir"

00:22 - 4 Noyabr 2022

"Qarabağ"ın prezidenti Tahir Gözəl "Frayburq"la matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az klub rəhbərinin müsahibəsini diqqətinizə çatdırır:

 

- Deyə bilərəm ki, "Qarabağ"ın tarixindəki ən gözəl oyun idi. Möhtəşəm oynadıq. Statistikaya baxsaq, topla oynama 55 faiz bizim tərəfdə idi. İkinci hissədə 10 nəfərlə oynamağımıza baxmayaraq nəzarət bizdə idi. Ötürmələrin dəqiqliyi 82 faizdir. Bunlar çox böyük rəqəmlərdir. "Nant"ın qələbəsinə görə qrupdan çıxa bilmədik. Unutmayaq ki, qarşımızdakı komanda Bundesliqanın ən güclü üç klubundan biridir. "Qarabağ"la fəxr edirəm. İnanıram ki, Konfrans Liqasında öz sözümüzü deyəcəyik. Arzum öncə 1/4 finala, sonra yarımfinala və finala kimi getməkdir. Özümüzə inanırıq. Bu il Avropanın 3 ən gözəl komandasından biri "Qarabağ"dır.

 

- Qışda transferlər gözlənilir?

- İndi bunu fikrləşmirik. Gələcəkdə düşünürük. Həmişə axtarışdayıq.

 

- Hakimliklə bağlı fikriniz necədir?

- Mənə xoş təsir etmədi, peşəkarlıqdan uzaq gəldi. Qırmızı vərəqənin çox ağır olduğunu düşünürəm. Bu, gələcək oyunlarımıza da təsir göstərəcək. Vurduğumuz qollar sayılmadı. Həm sevindik, həm üzüldük. Amma hörmətlə yanaşıram.

 

- Bəxtlə bağlı fikirləriniz necədir?

- Konfrans Liqasında hədəflərim böyükdür. Hələ mübarizəmiz davam edir. Biz millət olaraq son damla qanımıza qədər savaşacağıq. Bizi bura gətirən ali baş komandanımızın, xalqımızın inamıdır. Hələ deməli olduğumuz sözümüz var.

 

Elçin Əlixan

Xəbər xətti