Azərbaycan millisinin forvardı Mahir Emreli qışda komandasını dəyişə bilər.
Sportal.az saytına verilən məlumata görə, yığmamızın hücumçusu "Dinamo"da çox oynamasa da, ona gələn təkliflər az deyil.
Mənbənin iddiasına görə, Emrelinin xidmətində maraqlı olan klublardan biri "Levski"di. Sofiya təmsilçisi Zaqreb klubunda ehtiyat oyunçuya çevrilən forvardı altı aylıq icarəyə götürmək istəyir.
Amma bununla bağlı futbolçu və "Dinamo"nun mövqeyi hələ ki, bəlli deyil. Mahirin xidmətində Bolqarıstanın tanınmış klubu ilə yanaşı, Avropanın bir çox klubu da maraqlıdı. Forvardın Zaqreb klubundan ən pis halda yayda ayrılacağı gözlənilir.
"Levski" Bolqarıstanın 26 qat çempionudu.