"Neftçi"nin istədiyi millimizin üzvünü Ukrayna klubu da transfer etmək niyyətindədi

15:18 - 6 Noyabr 2022

21 yaşlılardan ibarət yığma komandamızın üzvü olan Emil Mustafayevə bir neçə klub maraq göstərir.

Sportal.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, hazırkı klubu "Aleksandriya"da çox da oynamaq şansı tapmayan Mustafayevi transfer etmək isətəyn klublardan biri "Neftçi"di. Bakı klubu yığmamızın futbolçusunu hələ yayda heyətinə qatmaq istəyirdi. Amma bu keçidi mövsümün əvvəlində həyata keçirmək mümkün olmamışdı. 

Emilə maraq göstərən digər komanda isə Ukrayna təmsilçisidi. "Lvov" qışda yığmamızın üzvünü icarəyə götürmək üçün "Aleksandriya"ya müraciət edəcək. Ehtimal edilir ki, hazırki klubunda oynamaq şansı tapmayan Mustafayev "Lvov"a icarəyə yollanacaq. 

Xəbər xətti