“Qarabağ”ın xorvatiyalı sabiq qapıçısı Miro Varvodiç Sportal.az saytına açıqlama verib.
“Hayduk”(Split) yetirməsi olan 33 yaşlı qapıçı millimizin hücumçusu Mahir Emrelinin “Dinamo”da stabil oynamaması barədə danışıb.
Xorvatiyalı kiperin fikrincə, Zaqreb klubu Mahir üçün heç də yaxşı seçim deyil: “Mahir Emrelini yaxşı tanıyıram.
Necə futbolçu olduğunu da görmüşəm. Bundan əvvəl “Qarabağ” və “Legiya”da çox yaxşı çıxış edirdi. İndi də “Dinamo”da çıxış edir. Onun stabil oynamamasına gəlincə, əgər Mahir oynamırsa, demək ki, “Dinamo” onun üçün yaxşı seçim deyil. Təbii ki, karyerası ilə bağlı qərarları özü verir. Amma necə olacağını zaman göstərəcək".
Mirbağırağa