"Sumqayıt"la görüşdə "Neftçi" uduzmalıydı. Sadəcə, bəxt sayəsində heç-heçə edə bildi".
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin Veteranlar İttifaqının rəhbəri Maşallah Əhmədov deyib.
O, "football-plus.az"a açıqlamasında "ağ-qaralar"ın uğursuz çıxışı dəyərləndirib. Futbol veteranı uğursuz nəticələrə görə rəhbərliyi günahlandırıb:
"Belə biabırçılıq olar? Klub rəhbərliyinin fikri nədi, Müşahidə Şurası nə düşünür? Müşahidə Şurasında futbol adamları olmalıdı. Çingiz Abdullayevə, Fərhad Bədərbəyliyə ziyalı kimi böyük hörmətim var. Ancaq yaxşı olardı ki, onlar öz sahələrində fəaliyyət göstərərdilər. Futbol nə ədəbiyyatdı, nə də musiqi. Arada düşünürəm ki, Anara müraciət edib Yazıçılar Birliyinin üzvü olum. Yazıçı futbola gələ bilir, futbolçu yazıçı ola bilmir? Baş məşqçi və Müşahidə Şurasının üzvləri, klub rəhbərliyi istefa verməlidi. Bu gedişlə “Neftçi” mövsümün sonunda heç avrokuboklara vəsiqə qazana bilməyəcək. Vaxtında tədbir görülməlidi”.