"Ümidvaram ki, "Qarabağ"la matçda hər şey istədiyimiz kimi gedəcək və qalib gələcəyik"

11:59 - 9 Noyabr 2022

"Son turdakı məğlubiyyət özümüz üçün də gözlənilməz oldu. Çünki qələbə üçün oynayırdıq və inanırdıq ki, belə üç xal qazanacağıq. Amma uduzduq, istədiyimizi edə bilmədik. Hər halda, "Şamaxı" ilə oyun geridə qalıb və "Qarabağ"la oyuna hazırlaşmışıq. Matça hazırıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Turan Tovuz"un yarımmüdafiəçisi Xəyal Nəcəfov deyib.

Qərb təmsilçisinin aparıcı üzvü Premyer Liqanın 3-cü turundan təxirə salınmış "Qarabağ"la oyunundan gözləntilərini bizimlə bölüşüb. Nəcəfov bu gün keçiriləcək görüşdə uğurlu nəticə üçün mübarizə aparacaqlarını söyləyib:

"Təbii ki, "Qarabağ"ın gücünü hamı bilir. Onlar avrokuboklarda da, daxili çempionatda da uğurlu çıxış edirlər. "Qarabağı"n gücünə baxmayarq, biz də meydana qələbə üçün çıxacağıq. Azarkeşlərimizin bizə dəstək olacağına inanırıq. Bu gün qalib gəlmək istəyirik. Ən azından xal qazanmaq yaxşı olardı. Ümidvaram ki, bu matçda hər şey istədiyimiz kimi gedəcək və qalib gələcəyik".

Mirbağırağa

Xəbər xətti