Azərbaycan millisinin formasını geyinmiş Rüfət Dadaşova ölkə çempionatımızda çıxış edən klublar maraq göstərib.
Sportal.az saytına verilən məlumata görə, hazırda "Şalke"nin ikinci komandasında oynayan hücumçuya "Sumqayıt"la yanaşı daha bir neçə komandadan təklif olub.
Lakin 31 yaşlı hücumçu həmin təkliflərdən imtina edib və Premyer Liqamızda oynamaq istəməyib.
Forvard hazırda "Şalke-2"nin əsas hücumçusu hesab edilir. O, bir ara Helzenkirhen təmsilçisinin əsas komandasında da meydana çıxıb.
2013-cü ildə Azərbaycan millisində debüt etmiş Rüfət 24 oyuna 5 qol vurub. O, son vaxtlar milli komandaya cəlb edilmir.