Bu ay Qətərdə futbol üzrə dünya çempionatı start götürəcək.
Sportal.az xəbər verir ki, mundialın favoritlərindən biri hər zaman olduğu kimi, Braziliya millisidi.
Azərbaycanda da bu ölkədən olan futbolçular oynayır. Onlardan biri "Qəbələ"nin forvardı Ramon Maçadodur. O, həmyerlilərinin Qətərdə dünya çempionu ola biləcəyinə inandığını dilə gətirib:
"Dünya çempionatı ən maraqlı futbol turniri adlandırıla bilər. Hamı kimi mən də bu turnirin oyunlarını səbirsizliklə gözləyirəm. Artıq 10 gün qalıb turnirin startına. Maraqlı oyunlar keçəcəyinə inanıram. Təbii ki, dünya çempionatında güclü komandalar çoxdu. Braziliya millisinə azarkeşlik edəcəm. Komandada ulduz və güclü futbolçular oynayır. İnanıram ki, Braziliya Qətərdəki dünya çempionatının qalibi olacaq".
Mirbağırağa