Avrokuboklarda yoluna Konfrans Liqasında davam edən "Qarabağ" pley-off mərhələsinin oyunları üçün stadionunu dəyişməyəcək.
Sportal.az xəbər verir ki, püşkatmadan əvvəl ağdamlıların rəqibdən asılı olaraq ev oyununu BOS-da keçirə biləcəyi ehtimal edilirdi.
Amma məlumata görə, Ağdam klubu "Gent"lə matçını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Stadionun ot örtüyünün qazonunun abadlaşdırılacağı gözlənilir.
Stadion təmirə bağlanarsa belə, fevralın ortalarına qədər bütün işlər yekunlaşmalıdır.
Xatırladaq ki, "Qarabağ" KL-nın pley-off mərhələsinin "Gent"lə oyununu fevralın 16-da Bakıda, 23-də isə səfərdə keçirəcək.