Azərbaycan milli komandasının və "Eyndhoven" klubunun üzvü Ozancan Köçkü Sportal.az saytına açıqlama verib.
24 yaşlı yarımmüdafiəçi milli komandamızda oynamasının karyerasına müsbət təsir etdiyini bildirib:
"Milli komanda mənə mental olaraq çox şey qatıb. Nəticədə mən bir ölkəni təsmil edirəm və Azərbaycan millisində oynamağın məsuliyyətini daşıyıram. Hər şeyin də fərqindəyəm. Üstəlik, mənim üçün doğma olan, sevdiyim Azərbaycan millisinin formasını geyinirəm. Çempionatdakı rəqiblərimiz yüksəlişdə olduğumuz və liqa çempionluğa ən yaxın 4 namizdəddən biri kimi göstərildiyimiz üçün bizə daha çətinlik yaradır. Millidə oynamağım da, bu cür rəqiblərlə mübarizə aparmaqda mənə çox yaxşı təsir edir. Azərbaycan millisində oynamaq mənə çox fayda verir. Mən də milli üçün əlimdən gələni edirəm".
Bu mövsüm Niderland birinci divizionda cəlbedici performans sərgiləyən Kökçü, ona müxtəlif klublardan təkliflər olduğunu da söyləyib: "Təbii ki, təkliflər var. Bununla klubum və işlərimi aparan şirkətimiz maraqlanır. Mənim işim futbolumu ən yaxşı şəkildə oynamaq, komandaya fayda verməkdi”.
Mirbağırağa
saytlarin hazirlanmasi