Azərbaycanın U-21 yığmasının sabiq baş məşqçisi Milan Obradoviç yenidən ölkəmizdə çalışa bilər.
Sportal.az saytına verilən məlumata görə, serbiyalı mütəxəssisə Premyer Liqamızda yarışan komandaların birindən maraq var.
Amma hələ ki, 45 yaşlı mütəxəssis qərar verməkdə tələsmir.
Çünki ona həm Serbiyadan, həm də digər ölkə klublarından təkliflər olub.
Xatırladaq ki, Milan 2019-2022-ci illər arasında Azərbaycanın U-21 yığmasını çalışdırıb.
Buna qədər isə o, “Napredak”, “Koper” və Serbiyanın U-19 və əsas yığmasında köməkçi məşqçi kimi işləyib.