"Qarabağ" Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində səfərdə "Qarabağ"la 0:0 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Hər iki komandanın futbolçularını təbrik edirəm. Dinamik, baxımlı oyun oldu. Sadəcə qol çatışmadı. Çox razı qaldım. Belə oyunlar oyunçuların inkişafı üçün böyük təkandı. Futbolçularımın xarakterindən çox razı qaldım. Yorğun olsaq da, sona kimi dözdülər. Bu, mənim üçün çox önənli idi.
- İlk dəfə idi ki, "Qarabağ"ı topsuz görürdük. Son dəqiqələrdə əsl "Qarabağ"ı gördük. Qələbə üçün nə çatmadı?
- Deyə bilmərəm ki, sırf nə çatmadı. Hər bir futbolçu, komanda eyni tempdə, eyni oyunu göstərə bilməz. Hardasa zəiflik, xətalar olmalıdır. Qarşımızda çox bacarıqlı komanda var idi. Həm fərdi, həm də kollektiv formada. İlk dəqiqələrdən rəqibin istəyi daha çox idi, daha aqressiv idilər. Top mərkəzdə çox qalmırdı. Rəqibi nəzərə almaq lazımdı. Qarşımızda çox yaxşı iş görülmüş komanda var idi. Bu cür oyunlara hazır olmalıyıq. Bu matçın gələcək oyunlara böyük faydası olacaq.
- "Qarabağ" bu oyuna qədər Avropada öz çempionatında xal itirməyən tək komanda idi. Bu cür statistikalarla maraqlanırsız?
- Məcburam maraqlanmağa. Özüm istəməsəm də, oxuyuram, bildirirlər. Amma mənim üçün vacib olan qələbə üçün ən yaxşısını etməkdir. Biz bərabərə heç-heçə ediriksə, məğlub oluruqsa, yenə də qarşıdakı matça qələbə qazanmaq üçün oynayan komanda hazırlamaq istəyirik. Daha da uzun seriya ola bilərdi. Amma çempionluq istəyiriksə, hər an qələbə qazanmağa çalışmalıyıq.
- Dünya çempionatında favoritiniz hansı komandadeır?
- İnanın ki, dünya çempionatına tam hazır deyiləm. Komandalarla maraqlanmamışam. Gedişatda baxacam. Amma bilirsiz ki, daha çox ispan futbolu xoşuma gəlir. Onların çıxışını izləyəcəm. Təəsssüf ki, favoritimi açıqlaya bilməyəcəm.
Mirbağırağa
saytlarin hazirlanmasi