İkinci dəfə Azərbaycan milli komandasına dəvət almayan Qara Qarayev açıqlama verib.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi milliyə çağırılmamağının üzücü hal olduğunu deyib:
"Xüsusi bir fikrim yoxdur. Yenə də əvvəlki mövqeyimdəyəm. Milli komandaya uğurlar arzulayıram. Bu, həm mənim, həm bizlərin komandasıdır. Hər zaman uğur qazanmasını istəmişik, bir futbolçu kimi buna çalışmışıq. Nə qədər alınıb-alınmadığını azarkeşlər deyər. Milliyə dəvət almamağım mənim üçün üzücü haldır. Bir idmançı kimi yığmada olmamağımla heç vaxt razı olmayacağam. Amma artıq bu məsələ ilə bağlı danışılacaq bir şey yoxdur. Baş məşqçidir, çağırmayıb, yenə də öz qərarında qalıb. Danışılacaq xüsusi bir hal, element yoxdur. Hər kəsə uğurlar arzulayıram. Ümid edirəm ki, uşaqlar zədəsiz öz klublarına qayıdarlar".
saytlarin hazirlanmasi