"Daxildə nə problem var onu bilmirəm, amma Qara böyük təcrübəsi ilə yığmaya kömək edə bilərdi"

15:35 - 15 Noyabr 2022

"Qarabağ" Premyer Liqada və avrokuboklarda öz imicini illərdir ki, saxlayan komandadır. Azərbaycanda "Neftçi", "Sabah", "Zirə" "Qarabağ"a qarşı yaxşı hazırlaşır ki, ona qarşı layiqli oyun nümayiş etdirsinlər. "Sabah" da bu il baxımlı futbol nümayiş etdirir. "Qarabağ"ın "Sabah"la matçda əvvəlki oyunlardakı qədər dominant olmamasına gəlincə, futboldur da, hər şey mümkündür. "Sabah" da artıq özünü bu sezondan etibarən sübut edən iddialı komandadır".

Bu sözləri Sportal.az saytına açıqlamasında Emin Salmanov deyib.

"Qarabağ"ın veteran futbolçusu komandanın avrokuboklardakı şanslarından da söz açıb. Onun fikrincə, "köhlən atlılar" Konfrans Liqasının pley-off mərhələsində "Gent"i üstələyə bilər: " Mənə görə, cütün favoriti "Qarabağ"dır. Təmsilçimizin "Gent"i üstələyəcəyini düşünürəm. Onlar bu mövsüm avrokuboklarda uğurlu çıxışını göstərib".

Salmanov Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin "Qarabağ"ın aparıcı üzvü Qara Qarayevi növbəti dəfə yığmaya dəvət etməməsinə münasibət bildirib: "Daxildə nə problem var, onu bilmirəm, amma Qara Qarayev böyük təcrübəsi ilə yığmaya kömək edə bilərdi. Milliyə dəvət olunan digər futbolçulara gəlincə, hər halda, baş məşqçi və köməkçiləri ölkə çempionatını yaxından izləyir və layiq olanları yığmaya dəvət edir".

Mirbağırağa

Xəbər xətti