Ukraynalı futbol mütəxəssisi Viktor Leonenko Ukraynanın "Dinamo" (Kiyev) klubunun hücumçusu Artyom Besedinin "Qarabağ"a keçəcəyi barədə yayılan xəbərləri şərh edib.
Sportal.az "Террикон" portalına istinadən xəbər verir ki, Ukrayna millisinin 53 yaşlı veteran futbolçusunun fikrincə, millinin hazırkı forvardı "Qarabağ"a keçməsi daha məqsədəuyğundur:
"Məndə belə bir hiss var ki, transfer baş tutarsa, həm “Dinamo” azarkeşləri, həm də Besedinin özü buna sevinəcək. Transfer gerçəkləşərsə, buna ancaq sevinərəm. Bəlkə o zaman ona sataşmağı dayandırarlar. Besedinin performansı onun legioner həyatının daha yaxşı alınacağına ümid verir. Ola bilsin ki, Besedin başqa klubda özünü göstərəcək. Bunu çox istəyərdim. Məsələ burasındadır ki, o, hara getsə yaxşıdır, Azərbaycana, yoxsa Türkiyəyə?
Düşünürəm ki, istənilən komandada onun üçün çətin olacaq. Hücumçusunuzsa, sizdən qollar və məhsuldar ötürmələr gözləyirlər. Amma mən onun yerində olsaydım, Azərbaycanı seçərdim. Bakı gözəl şəhərdir, “Qarabağ” da çempionatın lideridir".
53 yaşlı mütəxəssis 1992-1996-cı illərdə Ukrayna millisində çıxış edib. O, “Dinamo”(Moskva), “Dinamo”(Kiyev), “Zakarpatye” klublarında oynayıb.
Mirbağırağa