Azərbaycan milli komandası noyabrın 20-də Şimali Makedoniya ilə yoxlama görüşü keçirəcək.
Sportal.az saytına verilən məlumata görə, yığma komandamızın məşqçisi Arif Əsədov Şimali Makedoniyanın dünən Finlandiyaya qarşı keçirilən yoxlama matçını tribunadan izləyib.
Əsədov iki gün sonra qarşılaşacağımız rəqib barədə Canni De Byaziyə məlumatlarını ötürüb.
Şimali Makedoniya evdə Finlandiya ilə 1:1 bərabərə qalıb.
Xatırladaq ki, Şimali Makedoniya - Azərbaycan matçı noyabrın 20-də, saat 17:00-da Skopyedə keçiriləcək.