"Şimali Makedoniya son illərdə yaxşı oynayır. Çünki yaxşı futbolçu nəsli yetişib, əksər futbolçular ölkə xaricində çıxış edir. Amma son oyunlarda nəticələr bir o qədər yaxşı deyil. Azərbaycan millisi isə son dörd matçında qalib gəlib. Şimali Makedoniya isə qalib gələ bilmir".
Bu sözləri Sportal.az saytına açıqlamasında Qyoko Haciyevski bildirib. Təcrübəli mütəxəssis bu gün keçiriləcək Şimali Makedoniya - Azərbaycan görüşü haqda danışıb. Hər iki ölkənin millisini çalışdırmış Haciyevski hansı komandanın şansının daha çox olduğunu da açıqlayıb:
"Bizim milli son matçda Finlandiya ilə 1:1 oynadı. Azarkeşlərin reaksiyası isə heç də yaxşı deyildi. Onlar nəticədən narazı qaldı. Mətbuatda da tənqidlər çoxdu. İnanıram ki, Şimali Makedoniya bu oyunda qalib gəlmək üçün hər şeyi edəcək, Azərbaycan üçün çətin olacaq. Doğrudur, Azərbaycan son oyunlarda Qazaxıstanı 3:0, Moldovanı 2:1 məğlub edib. Bu, onlar üçün böyük motivasiyadır. Lakin Şimali Makedoniyanın çox yaxşı heyəti, futbolçuları var. Yarımmüdafiə xətti çox güclüdür. Ferdi Elmas "Napoli"də, Enis Bardi "Trabzonspor"da, Boban Nikolov "Şerif" kimi komandada oynayır. Stefan Ristovski isə Mahir Emreliyə "Dinamo"dan tanışdır. İndi millimizdə atmoser elədir ki, dörd oyundur qalib gələ bilmirlər, təzyiq var. Azərbaycana qalib gəlmək üçün hər şeyi edəcəklər. Azərbaycan da yaxşı formadadır. Düşünürəm ki, bu matçda onların da yaxşı şansı var. Öncədən proqnoz vermək olmur, iki yaxşı komanda üz-üzə gələcək. Hır halda, Şimali Makediyanı 60 faiz daha şanslı hesab edirəm".
Mirbağırağa