21 yaşlılardan ibarət yığma komandamızın üzvü Emil Mustafayev "Lvov"a keçməyə yaxındır.
Sportal.az saytına verilən məlumata görə, "Aleksandriya"ya məxsus futbolçu mövsüm sonuna qədər Ukrayna Premyer Liqasında yarışan digər kluba icarəyə verilə bilər.
Müqavilə ilə məxsus olduğu klubda oynamaq şansı qazanmayan Mustafayevin ən azından altı ay “Lvov”da oynamaq variantı ortaya çıxıb.
Adıçəkilən klub Emil üçün "Aleksandriya"ya müraciət edib.
Amma hələ ki, klublar arasında konkret razılıq əldə edilməyib, danışıqlar davam edir.
Mustafayevin "Aleksandriya"ya keçəcəyi, yoxsa "Lvov"da qalacağı qış "transfer pəncərəsi" zamanı dəqiqləşəcək.