"Şimali Makedoniya ilə matçda Azərbaycan millisi çox istəkli idi. Baxımlı da futbol nümayiş etdirib rəqibə qalib gəldilər. Millimizin buraxılan qollardan sonra ruhdan düşməməsi, əksinə daha inamla çıxış etməsi çox sevindiricidir".
Bu sözləri Sportal.az saytına açıqlamasında Ramin Quliyev deyib.
Azərbaycan milli komandasının veteran futbolçusu yığmamızın son beş görüşdəki qələbəsini şərh edib. Bununla yanaşı, vaxtı ilə millimizin şərəfini qorumuş Quliyev yığmamıza inanmaq lazım gəldiyini söyləyib:
"Bilirsiz, əsas məsələ inanmaqdır. Canni De Byazi də futbolçuları artıq daha yaxşı tanıyır. Millinin üzvləri də italiyalı məşqçinin onlardan istədiyini daha yaxşı anlayır. Özü də, milli komandamızda əsas və ehtiyat heyət anlayışı yoxdur. Oyuna çıxan hər futbolçu yaxşı təsir bağışlayır, əlindən gələni edir. İnanıram ki, millimizin uğurlu nəticələri davam edəcək".
Mirbağırağa