"Kəpəz"in yay təlim-məşq toplanışında bəyəndiyi Juninyo Maranhense Azərbaycana gəlib.
Sportal.az saytına verilən məlumata görə, braziliyalı futbolçu Gəncə klubunun məşqlərinə qoşulacaq.
23 yaşlı vinger "Babrunqas"dakı çıxışını başa vuraraq "Kəpəz"ə keçib. O, qışdan sonra Gəncə klubunda oynayacaq.
Əslində, o, yayda bu komandaya keçməliydi. Amma Litva klubu ilə müqaviləsi olduğuna görə, keçid baş tutmamışdı. Juninyo əvvəllər ABC, “Palmeyra”, “Maranhao”, “Moto” klublarında çıxış edib.