Azərbaycanda oynayan Portuqaliya yığmasının sabiq üzvü: "Bəlkə də, Ronaldonu görməkdən həzz alacağımız son dünya çempionatıdır"

13:35 - 24 Noyabr 2022

"Portuqaliya əla komandadır. Komandamızın heyətində fərdi ustalığı yüksək olan oyunçular çoxdur. Doğrudur, milli çətin qrupda yer alıb. Amma mən yığma komandaya inanıram. Söhbət dünya çempionatından gedirsə, demək ki, asan oyun olmayacaq. Fikrimcə, Portuqaliya uğurlu çıxış etmək üçün bütün imkanlara sahibdir".

Bu sözləri Sportal.az saytına açıqlamasında Filipe Çabi deyib.

"Sumqayıt"da çıxış edən portuqaliyalı futbolçu Qətərdə davam edən dünya çempionatı haqda danışıb. O, bu gün mundialda ilk görüşünə çıxacaq Portuqaliya yığmasının şanslarını dəyərləndirib. Bununla yanaşı, yarımmüdafiəçi komandanın aparıcı üzvü Kriştiano Ronaldo haqda da fikirlərini bildirib:

"Mundialda asna oyun olmur. Amma Portuqaliyanın uğurlu çıxışına inanıram. Ümid edirəm ki, Ronaldo özünəinamı geri qaytarıb, motivasiyalı, həmçinin 100 faiz formada olacaq və bu mundialda da bütün diqqətləri özünə çəkəcək. Dünya çempionluğu onun qazanmadığı yeganə turnirdir. Bəlkə də, Ronaldonu görməkdən həzz alacağımız son dünya çempionatıdır".

​“Sportinq”(Lissabon) yetirməsi olan 28 yaşlı futbolçu “Belenenseş”, “Eştoril”, “Akademika”, “Nasyonal” klubları ilə yanaşı Portuqaliyanın U-19 yığmasına qədər bütün yaş qruplarında çıxış edib.

Mirbağırağa

Xəbər xətti