"Sabah"ın serbiyalı legioneri Boyan Letiç Sportal.az saytına açıqlama verib.
O, Qətərdə keçirilən dünya çempionatında iştirak edən Serbiya yığmasının şanslarından da danışıb. Futbolçu mundialın oyunlarını izlədiyini deyib:
"Əlbəttə ki, dünya çempionatının oyunlarını izləyirəm. Bu cür böyük yarışlarda hər şey mümkündür. Özünüz də görürsüz, artıq indiyə qədər 2-3 sürpriz baş verib".
Letiç Serbiya yığmasının dünya çempionatında uğurlu nəticə qazana biləcəyinə inandığını dilə gətirib: "Serbiya millisi əla klublarda oynayan keyfiyyətli futbolçulara sahibdir. Düşünürəm ki, Serbiya mundialın sürpriz komandası ola bilər. Məncə, yığmamızın qrupdan çıxmaq üçün konsentrasiyaya ehtiyacı var. Daha sonra hər şey mümkündür. Bilirsiz, bu cür turnirlərdə bəxt də rol oynayır".
Mirbağırağa
saytlarin hazirlanmasi