Ölkəmizdə oynayan İngiltərə yığmasının sabiq üzvü: "Nəsə demək çətindir, artıq bir neçə sürpriz qeydə alınıb"

12:17 - 27 Noyabr 2022

"Turan Tovuz"un aparıcı futbolçusu Natan Oduva Sportal.az saytına açıqlama verib.

Qərb təmsilçisinin yarımmüdafiəçisi dünya çempionatının favoritlərindən olan İngiltərə yığması barədə danışıb.

"Tottenhem"in yetirməsi, İngiltərənin U-17, U-18, U-20 yığmasında oynamış Oduvanın fikrincə, ingilislərin gənclərdən ibarət yaxşı oyunçu qrupu var:

"Geridə qalmış iki oyundan sonra İngiltərə dörd xal toplaya bilib. Qarşıda isə Uelslə matç var. Məncə, qrupdan çıxmaq üçün hər şey İngiltərə yığmasının öz əlindədir. Bizim gənc futbolçulardan ibarət yaxşı futbolçu qrupumuz var. Turnirin sonuna qədər onlara uğurlar arzu edirəm".

Oduva İngiltərə yığmasının dünya kubokunu qazanmaq şansını isə belə dəyərləndirib:

"İndidən nəsə demək çətindir. Çünki bir neçə sürpriz qeydə alınıb. Nəsə söyləmək erkəndir".

Xatırladaq ki, dünya çempionatında B qrupunda yer alan İngiltərə Uels, İran və ABŞ-la mübarizə aparır.
 


 

Mirbağırağa
 

Xəbər xətti